Koronavirusa yoluxan erməni nazir xəstəxanaya yerləşdirilib


Ötən həftə koronavirusa yoluxduğu təsdiqlənən Fransanın mədəniyyət naziri Roselin Başelo (Roselyne Bachelot) bu gün xəstəxanaya yerləşdirilib.

“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə nazirlikdəki mənbə bildirib.

Yetmiş dörd yaşlı R.Başelo martın 19-da Paris Operasında qapalı keçirilmiş “Faust” tamaşasına gedəndən sonra yoluxmuşdu. Nazirlikdən bildiriblər ki, onun vəziyyəti sabit olsa da, həkim qarşıdakı günlər ərzində səhhətinə mütəmadi nəzarət məqsədi ilə xəstəxanada qalmasını məsləhət bilib.