Yerevanda itkin hərbçinin qohumu hökumət binasına hücum edib

Ermənistanın paytaxtı Yerevanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbi qulluqçunun qohumu Hökumət binasına ziyan vurub.

"Report”un məlumatına görə, bu barədə “Mediaport” teleqram kanalı xəbər verib.

Məlumaata görə, həmin şəxs binanın pəncərəsini sındırıb. "Satqın Nikol, uşaqları qaytar", - deyə hərbçinin qohumu qışqırıb.

Qeyd edilir ki, o, polis əməkdaşları tərəfindən saxlanılıb.