İran İsrail gəmisini vurdu


İran İsrailin "XT Management" şirkətinə məxsus yük gəmisinə raket zərbəsi endirib.

Milli.Az İsrailin "12-ci kanal" telekanalına istinadən bildirir ki, Tanzaniyadan Hindistana üzən gəmini iranlı hərbçilər Ərəb dənizində vurublar. Gəmi xəsarət alsa da, marşrut üzrə hərəkət edib.

"XT Management" şirkətinin mərkəzi ofisi İsrailin Hayfa şəhərində yerləşir.