Almaniya hərbçiləri Əfqanıstanda ilin sonuna kimi qalacaq

Almaniya Bundestaqı (parlamenti - Red) NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirak edən əsgərlərinin Əfqanıstanda qalma müddətini cari ilin 31 yanvar tarixinədək uzadılması barədə qərar qəbul edib.

Bu barədə “Report” Bundestaqın rəsmi saytına istinadən xəbər verir.

Hazırda Bundesverin 1 100-dən çox hərbi qulluqçusu missiyada iştirak edir. Ümumilikdə, missiyada 1,3 minədək alman əsgəri iştirak edə bilər.

Öz növbəsində kansler Angela Merkel Bundesverin və digər ölkələrin silahlı qüvvələrinin Əfqanıstan olmasının ABŞ-ın missiyadakı iştirakından asılı olduğunu söyləyib.