3 uşaq anası ilə bağlı məhkəmə qərarı insanları şoka salıb

Rusiyada üç uşaq anası olan qadınla bağlı verilən məhkəmə qərarı insanları şoka salıb. Bədənində döymə və pirsinq olan bir qadın məhz bu səbəbdən “yaxşı ana” hesab edilmədiyi üçün məhkəmə tərəfindən uşaqlarından məhrum edilib. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyada bir məhkəmə döymə və pirsinqli bir qadının analıq üçün yararsız olduğuna qərar verib.

Məhkəmə qərarında “33 yaşlı Nina Tseretilova çox uşaqlı bir ana üçün uyğun olmayan həyat tərzi sürür, bunu məhkəməmizə dəlil kimi təqdim olunan foto və videolardan da görmək olar. Onun bədənində çoxlu döymə və pirsinqlər var..”

Mətbuatda yayılan absurd qərar dünya ictimaiyyətində müzakirələrin və tənqidlərin hədəfi olub.

33 yaşlı Nina Tseretilova absurd qərarla bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. O, instagram fotolarının “dəlil” kimi keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə təqdim edildiyini söyləyib. O, məhkəmənin fiziki görünüşünə əsaslanaraq qərar verməsinin hüquqa zidd olduğunu deyib.

Rusiyadakı hüquq müdafiəçiləri və qadın təşkilatları da qərara reaksiya göstəriblər.