Vasitəçi yenidən gəlir - İqtidar və müxalifət yenidən dialoqa başlayır


Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson, Gürcüstanın iqtidar və müxalifət partiyaları arasında dialoqu təmin etmək üçün yenidən Gürcüstana gəlir.

24News.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi məlumat yayıb.

Sözügedən məlumata əsasən, Kristian Danielson Gürcüstana 28 mart tarixində səfər edəcək.

Danielsonun gəlişindən sonra ölkənin müxalifət və iqtidar partiyaları arasında, 29 mart tarixindən etibarən danışqılar prosesinin yenidən bərpa olunacağı bildirilir.

Məlumat üçün bildirək ki, Kristian Danielson martın 12-də Gürcüstana gələrək müxalifət və hakim komandanın liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. O həmçinin hökumətlə müxalifət liderləri arasındakı vasitəçiliyi ilə ortaq formatda bir görüş də həyata keçirdi, lakin heç bir konkret nəticə əldə olunmadan proses sona çatdı. Kristian Danielson 19 mart tarixində Gürcüstanı tərk etdi.