Komendant saatı və cərimələr ləğv olunsun! - Aksiya keçiriləcək

Vətəndaş hərəkatının üzvləri və ictimai fəallar, komendant saatının və vətəndaşlara tətbiq olunan cərimələrin ləğv olunması ilə bağlı etiraz aksiya keçirəcəklər.

24News.ge xəbər verir ki, onlar bu barədə facebook sosial şəbəkəsində məlumat yayıblar.

Məlumatda qeyd olunub ki, aksiyada iştirak edən ictimai və siyasi fəallar, 3 aprel tarixində müxtəlif yerlərdən yürüşlə başlayaraq, saat 18:00-da parlament binası qarşısına toplaşacaqlar.

Onlar yürüş zamanı, -"Utanç", "Vaxt gəldi", "Dəyişiklik", "Demokratik gələcək üçün" və s. şuarlar səsləndirəcəklərini bildiriblər.