Ukraynada pişiyə "mayor" rütbəsi verildi - FOTO

Yanvar ayında Kiyevdə yanğınsöndürmə briqadası üzvü Artur Morkotenko tərəfindən xilas edilən pişiyə Kiyev Yanğından Mühafizə İdarəsi sahib çıxıb.

Xilasedici sahibinin ölümündən sonra küçəyə atılan və soyuqdan donma təhlükəsi ilə üz-üzə qalan pişik xilasetmə xidmətinin tamhüquqlu əməkdaşlarından birinə çevrilib.

Pişik üçün xüsusi forma hazırlanıb və ona "mayor" rütbəsi verilib. (publika.az)