10 mindən çox azyaşlı və yeniyetmə təhsildən yayınır

Gürcüstanda azyaşlılar və yeniyetmələr arasında təhsildən yayınma halları artıb. Son məlumatlara görə, ölkədə 6-16 yaş arası 10 min 404 azyaşlı məktəbə getmir və təhsilin idarə edilməsi üzrə məlumat sistemindəki şagirdlər bazasında onlar haqqında heç bir məlumat yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Yekaterine Dqebuadze məlumat verib.

Onun sözlərinə görə, bu çox böyük və narahatlıq doğuran statistikadır.

Y.Dqebuadze bildirib ki, 10 min 404 nəfər azyaşlının çoxu sosial cəhətdən həssas ailələrin uşaqlarıdır. Onların içində əlillər və mühacirlər də var.

Nazirlik bu uşaqların dərsdən yayınmalarının və konstitusiya ilə zəmanət verilən təhsil hüquqlarından istifadə edə bilməmələrinin səbəblərini araşdırır.