Putin peyvənddən sonra ehtiyatını əldən verməyib


Rusiya Federasiyasının Prezidenti Valdimir Putin koronavirusa qarşı aparılan vaksinasiya prosesi barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə "Rossiya 1" televiziya kanalı məlumat yayıb.

"Peyvənd vurdurduğum günün axşamı yatmazdan əvvəl hər ehtimala qarşı tumbanın üzərinə termometr qoydum", - Rusiya lideri bildirib.

Xatırladaq ki, federasiya rəhbəri bir neçə gün öncə koronavirusa qarşı ilk doz peyvənd olunub.

Onun Rusiyada istifadəsi təsdiqlənən üç vaksindən hansını seçdiyi hələlik açıqlanmır.