Tbilisi merinin müalicəsi müsbətə doğru gedir


"Tbilisi meri, Kaxa Kaladze əlavə tibbi müayinələrdən keçib və müalicə dinamikası müsbətə doğru gedir".

24News.ge xəbər verir ki, bu barədə Tbilisi meriasının məlumatında bildirilir.

"Paytaxt meri özünü daha yaxşı hiss edir. Onun müalicə dinamikası müsbətə doğru gedir.

Kaxa Kaladzenin müalicəsi klinikada davam edir. O, iş fəaliyyətini distant qaydada həyata keçirir və tezliklə adi qaydada iş prosesinə qayıdacaq," - deyə Tbilisi meriasının bəyanatında bildirilir.

Qeyd edək ki, Kaxa Kaladze iki gün əvvəl, səhətilə əlaqədar bir müddətlik xəstəxanada müalicə alacağını açıqlamışdı.