Feysbuk Maduronun səhifəsini blokladı

Feysbuk administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun səhifəsini 30 gün müddətinə bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə Venesuelanın Kommunikasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Feysbuk 1,2 milyon izləyicinin hüquqlarını pozaraq Venesuela konstitusiyasına zidd şəkildə prezidentin səhifəsini bloklamağa qərar verib.