Avropalı diplomat Gürcüstanda görüşlərə başladı - Siyasi böhran çözüləcəkmi?

Avropa Şurasının prezidentinin şəxsi nümayəndəsi Kristian Daniyelson Gürcüstanın qeyri-hökumət təşkilatının nümayəndələri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, QHT nümayəndələrinin Daniyelsonla ölkədə böhranın həlli yolları ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirilib.

Qeyd edək ki, Daniyelson bir müddət əvvəl Avropa Şurası tərəfindən Gürcüstanda siyasi böhranın həllində vasitəçilik etmək üçün təyin edilib.