ABŞ-da daşqınlar nəticəsində dörd nəfər ölüb

Həftə sonu ABŞ-ın Tennesi ştatında güclü fırtınadan sonra yaranan daşqınlar Nəşvill şəhərində azı dörd nəfərin ölümünə səbəb olub.

“Report”un məlumatına görə, bu barədə “The Washington Post” yerli polisə istinadən xəbər verib.

Şəhər polis idarəsinin məlumatına görə, dörd nəfərin cansız bədəni aşkarlanıb və onların ölümü ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ABŞ Milli Hava Xidməti fərqli ştatlarda hava şəraitinin pisləşəcəyi ilə bağlı 250 məlumat paylaşıb.