Rus jurnalist Tbilisidə qaldığı hoteli tərk etdi

Tbilisidə rusiyalı telejurnalist Vladimir Poznerin qaldığı hotelin qarşısında vəziyyət gərgin olaraq qalır.

"Sherg.az"  “Report”a istinadən xəbər verir ki, etirazçılar mehmanxanaya daxil olmağa cəhd ediblər və nəticədə polislə qarşıdurma baş verib.

Aksiyaçılar hotelin elektrik enerjisi ilə təminatını dayandırmağa nail olublar.
Gürcüstanın Əmək Müfəttişliyi hotelə qadağan olunan fəaliyyətə görə ciddi xəbərdarlıq edərək obyekti 10 min lari məbləğində cərimələyib.

Əraziyə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze gəlib. O, etirazçıları sakitliyə və ictimai asayişə riayət etməyə çağırıb.

V. Pozner qonaqları ilə birgə hoteli polis kardonundan keçməklə tərk edib. Onlar avtobusla ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, mehmanxanada V.Poznerin qonaqları ilə birgə doğum gününü qeyd etdiyi bildirilir. Rusiyalı jurnalistin aprelin 1-də 87 yaşı tamam olur.