Yunanıstan sahillərində zəlzələ qeydə baş verib

Aralıq dənizinin Yunanıstan sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 168 min sakini olan Patra şəhərindən 90 kilometr qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.