Dünyanın ən qapalı yeri: İnsanların dünya  ilə əlaqəsi kəsilib

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya digər dövlətlərdən tamamilə fərqlənir.

“Şərq” xarici mətbuata istinadən xəbər verir ki, bura gələnlər turistlər üçün ayrılmış ərazilər xaricində başqa yerlərə səyahət etmək və fotoşəkil çəkdirə bilməz. Ölkənin dünyaya açılan pəncərəsi olan Pxenyan nisbətən daha çox görünən bir yerdir. Lakin təəssüf ki, bura haqqında məlumatlar çox məhduddur. Şimali Koreyanın paytaxtından çəkilən foto və videolar yoxlanılır, bundan sonra dünyaya çatdırılır.



Dünya mətbuatında nüvə sınaqları ilə tez-tez gündəmə gətirilən Şimali Koreya yarım əsrdir ki, daha çox dəmir yumruqla idarə olunur. Bu vəziyyət özünü həyatın hər tərəfində aydın şəkildə hiss etdirsə də, buradakı insanlar dünya  ölkələri ilə əlaqəsiz şəkildə yaşayır. Ölkədə diplomatik məmurlardan başqa heç kim xaricə çıxa bilmir və ölkə müəyyən şərtlər daxilində idarə olunur. Əcnəbilər isə yalnız əvvəlcədən təyin olunmuş yerləri görə bilər. Koreyanın paytaxtı turistlərin görə biləcəyi az bölgələrdən biridir. Koreya əsrlər boyu mövcud olmuş və bəzən işğal edilmiş bir ölkə idi.



 İkinci Dünya Müharibəsindən sonra Cənubi və Şimali olaraq ikiyə ayrılan yarımadada gərginlik bu gün də davam edir. Təxminən 3,5 milyon insanın yaşadığı Şimali Koreyanın paytaxtı Pxenyan geniş küçələri və hündür binaları ilə diqqət çəkir. Taedong çayı ilə bölünən Pyongyang geniş bir düzənlikdə inşa edilmişdir. Cənubi Koreya vətəndaşlarına da Şimali Koreyaya giriş praktik olaraq qadağandır. 1953-cü ildə bitən müharibədən sonra ayrılan ailələrin dramı və yenidən bir araya gələ bilməmək hekayələri bu gün də davam edir.


 
Sərhədin cənub və şimal tərəflərində qalan qohumlar paytaxt Pxenyana və digər yerlərə getməsi Şimali Koreyada böyük problemlərə səbəb ola bilər. Əcnəbilərin yerli insanlarla dostluq əlaqələri qurması isə şübhəlidir. Çünki Şimali Koreyaya səfəri zamanı bura gələn qonaqlar turizm ofisinin xarici dildə danışan zabitləri ilə səyahət edir. Şimali Koreyalıların turistlərlə ünsiyyət qurmasına da icazə verilmir. Turistlərin xalqa sual verməsi də qadağandır. Turistlərin alış-veriş etdiyi mağazaların belə ayrı olduğu Şimali Koreyada internet və rabitə cihazlarının da məhduddur. Bu ölkədə valyuta qəbul edilmir. Ölkədə turistlər üçün ayrı valyutadan  istifadə edilir.