1665-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1665-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 510 000 hərbçi, 12 345 ədəd tank, 25 334 ədəd zirehli döyüş maşını, 49 793 ədəd artilleriya sistemi, 2 131 (reaktiv yaylım atəş sistemi), 1 638 hava hücumundan müdafiə sistemi, 442 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 2 626 ədəd yerüstü robot-texnika kompleksi, 518 280 ədəd PUA, 149 183 ədəd avtomobil texnikası, 5 111 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 690 xüsusi avadanlıq itirib.