S-400-lərlə bağlı Rusiya və Türkiyə arasında yeni müqavilə imzalana bilər

Rusiya və Türkiyə arasında Rusiyanın istehsalı olan S-400 zenit-raket kompleksləri ilə bağlı yeni müqavilə imzalana bilər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumunda çıxışı zamanı bildirib.
“Yaxın günlərdə S-400 zenit-raket kompleksləri ilə bağlı Türkiyə və Rusiya arasında yeni kontrakt imzalana bilər. Konsultasiyalar yekun mərhələdə davam etdirilir”, - o qeyd edib.
Mixeevin sözlərinə görə, “IDEF-2021” hərbi sərgisi zamanı uğura nail olunub.
Qeyd edək ki, 2017-ci ildə Rusiya və Türkiyə arasında S-400-lərlə bağlı müqavilə imzalanmışdı.