İran “qisas bayrağı”nı qaldırdı - Video

İranın Qum şəhərindəki Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb.
Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bundan öncə İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə sərt cavab veriləcəyini bəyan etmişdi.

İranda qırmızı bayraq ağır itkilər və ya intiqam çağırışı zamanı qaldırılan qan və qisas simvolu hesab olunur. Qırmızı bayrağı qaldırmaqla, İran İsmayıl Haniyənin qisasını alacağına diqqət çəkib.

Qeyd edək ki, İran qırmızı bayrağı sonuncu dəfə bu ilin yanvarın 3-də Kirman vilayətində İŞİD-in törətdiyi terror aktından sonra qaldırmışdı.

Telegram Widget