İran BMT TŞ-nin təcili iclasını çağırdı

İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli, həmçinin İsrailin Beyruta endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə BMT TŞ-nin sədrlik etdiyi ölkəyə (Rusiya) göndərilən məktubda deyilir.