TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1,2 milyard kubmetr artıra biləcək

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi 132 milyon avro dəyərində qiymətləndirilir.
Bunu "Report"a müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.
“2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib”, - o vurğulayıb.
L.Skiepatti qeyd edib ki, TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.
TAP AG-nin icraçı direktoru, həmçinin vurğulayıb ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək.
O bildirib ki, TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi (Aleksandrupolis ərazisi) mövcud kompressor stansiyasına əlavə bir kompressor qurğusu əlavə edəcək və avadanlığı yeniləyəcək: “Bu işlərin tamamlanması 2026-cı ilin əvvəlində əlavə uzunmüddətli güclərin əlçatan olmasını təmin etmək məqsədimizə çatmaqda əhəmiyyətli bir irəliləyiş olacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyonavrodur”.
Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.