İran İsrailə qarşı xüsusi əməliyyata başlayır

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab olaraq İsrailə qarşı xüsusi əməliyyatlar keçirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyasının bəyanatında bildirilib.

“Qətlə cavab olaraq daha sərt və günahkarda dərin təəssüf hissi yaratmağa yönəlmiş xüsusi əməliyyatlar olacaq". - , deyə bəyanatda qeyd edilib.