Mask Maduro ilə döyüşməyə razılaşıb

Amerikalı sahibkar İlon Mask Venesuela Prezidenti Nikolas Maduronun döyüşə dəvətini qəbul edib.
“Report” xəbər verir ki, bu barədə milyarder sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.
“Qəbul edirəm”, – deyə Mask Venesuela liderinin onu döyüşə dəvət etməsi barədə paylaşılmış xəbəri şərh edib.
İş adamı daha sonra Maduronun “qorxacağını” vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İlon Mask Venesuelada keçirilmiş seçkilərdə qalib elan olunmuş Nikolas Maduronu saxtakarlıqda ittiham etmişdi. Biznesmen sosial şəbəkədə “venesuelalıların Maduronun kommunist diktaturasına son vermək qərarına gəldiklərini” yazmışdı. Buna cavab olaraq Maduro milli televiziyanın canlı yayımında milyarderi “əzəli düşmən” adlandıraraq onu döyüşə çağırıb: “Dalaşmaq istəyirsən? Gəl onda edək. İlon Mask, mən hazıram, mən səndən qorxmuram”.