Britaniya XİN və MN rəhbərləri Qətərə səfər edib

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi və müdafiə naziri Con Heyli Qətərə səfər edib

APA xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi Qəzzadakı münaqişəyə son qoymaq və daha geniş bölgədə gərginliyi azaltmaq üçün səylərin artırılmasına kömək etməkdir.

"Birgə səfərdə xarici işlər naziri Devid Lemmi və müdafiə naziri Con Heyli Böyük Britaniyanın Qətərə Qəzzadakı müharibənin dayandırılması və vasitəçilik rolu üçün dəstəyini təkrar edəcək və onlar Böyük Britaniyanın daha geniş regionda gərginliyin azaldılması çağırışlarını bir daha vurğulayaraq, artan gərginliyin və sabitliyin pozulmasının heç kimin maraqlarına uyğun olmayacağı barədə xəbərdar edəcəklər", Britaniya hökuməti bildirib.