ABŞ-nin siyasəti: Rəsmi Vaşinqtonun Qafqazla bərabər Orta Asiyad da maraqları mövcuddur

ABŞ Ermənistan və Azərbaycan üzərindən yeni quru yolu yaratmaq istəyir.
Bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri bu yol vasitəsilə dünya bazarına çıxa bilər:
"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və onların dünya bazarlarına çıxış üçün yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçən marşrut aça bilsək, o zaman onlar Rusiyadan və Çindən daha az asılı olacaqlar". 


Obrayenin fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, ABŞ tərəfinin belə açıqlama verməsi onun marağının təkcə Cənubi Qafqaza olmadığından xəbər verir:

“Eyni zamanda ABŞ-nin Orta Asiyada maraqları mövcuddur. Nəzərə almaq lazımdır ki, həqiqətən də Orta Asiya ölkələri təbii sərvətlər baxımından çox zəngindir. Orta Asiyada neft-qaz, uran ehtiyatları var. Özbəkistan vasitəsilə isə pambıq ehtiyatlarını formalaşdırmaq olur. Qazaxıstan ilə də ərzağa olan tələbatın ödənilməsi mümkündür. Digər tərəfdən Orta Asiya bazarı çox genişdir. ABŞ qətiyyən Orta Asiya ölkələrinin maraqlarını güdmür. Amma Orta Asiya bölgəsinə Cənubi Qafqazdan yol açmaqla Qərbə inteqrasiya prosesinə maraq göstərilir. Bu isə Orta Asiya ölkələrini Çinlə rəqabətdə yanında saxlamaq niyyəti daşıyır".