ABŞ-da şiddətli yağış selə səbəb oldu

ABŞ-ın Tennessee ştatına şiddətli yağışlar selə səbəb olub.


APA TV xarici KİV-ə istinadən xəbər verir ki, seldə ölənlərin sayı 22-ə çatıb, 45 nəfər isə itkin düşüb.


Səlahiyyətli şəxslər şiddətli yağışların Hickman, Houston və Humphreys ərazilərində elektrik enerjisini kəsildiyini bildirib.

ABŞ Milli Hava Xidməti 24 saat ərzində düşən yağış miqdarının rekordu qırdığını açıqlayıb.

Seldən təsirlənən bölgələrdə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, ABŞ Prezidenti Joe Biden fəlakətdə həyatını itirənlər üçün baş sağlığı verib.