Putinlə Lukaşenko Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinlə Belarus dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə “Sherg.az” TASS-a istinadən xəbər verir.
Bildirilir ki, tərəflər iqtisadi və hərbi-siyasi problemləri müzakirə ediblər. Liderlər, həmçinin Əfqanıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. 
Dövlət başçıları gələcəkdə yüksək səviyyəli görüşlərin proqramını da hazırlayıblar.