Yupiterdə qeyri-adi olay: Avropada tutulma... - FOTO

Bu günlərdə Yupiterdə nadir bir təbiət hadisəsi baş verib. Yupiterin üç peyki “Avropa”, “Ganymede” və “Callisto” avqustun 15-də eyni anda planetin qarşısından keçərək nadir üçlü tranzitini tamamlayıb.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, əvvəlki üçlü keçid 2015 -ci ildə gerçəkləşmişdi, növbəti keçid isə 2032 -ci ildə olacaq.
Üçlü keçid nadir hadisə deyildi. Tranzit zamanı “Ganymede”nin kölgəsi Avropaya gəlib və eyni zamanda tutulmaya səbəb olub.
Bu heyrətamiz anlar astronom və fotoqraf Kristofer Go tərəfindən çəkilib. O, hadisə ilə bağlı bu sözləri deyib:
“Həqiqətən qeyri –adi və heyrətamiz idi. “Ganymede”nin kölgəsinin Avropaya gəlməsi tutulmaya səbəb oldu”.