ABŞ milyarderləri pandemiya dövründə sərvətlərini 62 faiz artırıb

ABŞ milyarderlərinin bir çoxu pandemiya ərzində sərvətlərini xeyli artırıb.

TASS xəbər verir ki, bu barədə Vaşinqtonda fəaliyyət göstərən “Institute for Policy Studies” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Məlumata əsasən, son 17 ayda ABŞ milyarderlərinin toplam sərvəti 62% və ya 1.8 trilyon dollar artaraq, 4.8 trilyon dollara çatıb.

Ölkə milyarderlərin sayı isə 94 nəfər çoxalaraq, 708 nəfər təşkil edib.