Kabula atəş açılıb

Kabula beş raket atılıb. “Sherg.az” “RİA Novosti”yə istinadən bildirir ki, onlardan biri hava limanına düşüb. Hücum şəhərin şimal hissəsində keçirilib, itkilər və dağıntılar barədə hələlik məlumat yoxdur. Hücumun arxasında kimin dayandığı məlum deyil.