Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib - YENİLƏNİB

Fransanın sabiq Prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Paris məhkəməsi sabiq prezidenti 2012-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilib.

N. Sarkozi müasir tarixdə Fransanın iki dəfə həbs edilən ilk dövlət başçısı olub.

Məhkəmənin qərarına görə N. Sarkozi həbs müddətini elektron qolbaq taxaraq evdə keçirə bilər.

N. Sakrozi ilə yanaşı 13 nəfər də iş üzrə təqsirli bilinib.

***

saat 13:22

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozinin 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinməsi barədə qərar qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə RİA “Novosti” məlumat yayıb.

Hakimi hökmü oxumağa davam edir, cəza açıqlanmayıb.

Nikola Sarkozi məhkəmə iclasında iştirak etmir, onu vəkili təmsil edir.