Ramzan Kadırovun qızı nazir oldu - FOTO

Çeçenistanın başçısı Ramzan Kadırovun böyük qızı 22 yaşlı Ayşat nazir olub. Bundan sonra o, respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək. Bu barədə respublika parlamentinin sədri Maqomed Daudov rəsmi “Instagram” səhifəsində məlumat verib.
“Ayşat Ramzanovna istedadlı və yaradıcı rəhbər, çalışqan və gözəl təşkilatçıdır”, - deyə o bildirib.