Batumidə yaşayış binasının uçması nəticəsində qurbanların sayı artıb


Xilasedicilər Batumidə yaşayış binasının dağıntıları altından daha bir nəfərin cəsədini çıxarıblar.

Bununla da qurbanların sayı beşə çatıb. Əldə olunan məlumata görə, ölən azyaşlıdır.

Xatırladaq ki, oktyabrın 7-də Gürcüstanın Batumi şəhərində yeddi mərtəbəli yaşayış binasının bir hissəsi uçub.

Dağıntılar arasında daha üç uşağın qaladığı ehtimal edilir.