Tbilisidə Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya başlayıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.

“Report” xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət partiyasının lideri Tako Çarkviani təşkil edib.