Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı “persona-non qrata” (“arzuedilməz şəxs”) elan edib.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.
Livanın informasiya naziri George Kardahinin “Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur” deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.
Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini “arzuedilməz şəxs" elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.