Yaponiyada bu gün parlamentin aşağı palatasına seçkilərdə hakim koalisiya qalib gəlib.
APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, hazırda səslərin sayılması davam etsə də, Baş nazir Fumio Kisidının Liberal-Demokrat Partiyası və Komeyto Partiyasının parlamentin aşağı palatasında artıq 465 yerdən 233-nü qazandığı məlum olub.
Bu, artıq parlamentdə çoxluğu təmin etmək deməkdir. Müxalif Konstitusion-Demokrat Partiyası isə 65 mandat qazanıb.
Səslərin sayılması yekunlaşandan sonra parlamentdəki 105 mandatın da sahibi məlum olacaq.