Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında çadırlar qurulub  - Aclıq edənlər var

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin saxlanıldığı Rustavinin 12 saylı həbsxanası qarşısında bir qrup vətəndaş çadırlar qurub.

Sherg.az "24News.ge" saytına istinadən xəbər verir ki, onlar gecəni çadırlarda keçirəcəklərini bildirirlər.

Məlumata əsasən, hazırda ərazidə 9 çadır qurulub, 11 nəfər isə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Onlar Saakaşvilinin təcili şəkildə xəstəxanaya yerləşdirilməsini tələb edirlər.