ABŞ-da Ukraynaya yardıma cavabdeh olanlar işdən çıxarılır

Pentaqonda Ukraynaya görə məsuliyyət daşıyan hər kəs işdən çıxarılıb və ya bu fəaliyyətdən kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bunu hazırda ABŞ-da olan ukraynalı jurnalist Roman Boçkala deyib.

“Ukraynaya görə məsuliyyət daşıyan hər kəs işdən çıxarılıb və ya kənarlaşdırılıb. Onların başqa vəzifəyə keçiriləcəyi gözlənilir. Tam şəkildə yenilənmə gedir. Beləliklə, mütləq dəyişikliklər olacaq”, - o bildirib.