Kolumbiya paytaxtının simvolu Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanın Vətən müharibəsində qələbəsinin ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Sherg.az  xəbər verir ki, binanın fasad örtüyü üzərində “Azərbaycan, Zəfər Günün mübarək” sözləri əks olunub.