Türkiyədə mikroavtobus dərəyə aşıb, 20 tələbə yaralanıb

Türkiyədə Kocaelinin Qebze rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, tələbələri daşıyan mikroavtobus yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində mikroavtobusdakı 20 nəfər yaralanıb. Onlar yaxınlıqdakı müxtəlif xəstəxanalara çatdırılıb.