Müxalifət sabah Tbilisidə aksiyaya hazırlaşır: Qarşıdurma gözlənilir

"Sabah, noyabrın 15-i, saat 15:00-dan 17:00-a qədər aksiyalarımız Tbilisinin hər iki sahilində nəqliyyatın hərəkətini dayandıracaq".

Sherg.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat"ın lideri Nika Melia sosial hesabında qeyd edib.

O, vətəndaşları sabah yollardan istifadə etməyi planlaşdırmamağa çağırıb:

“Mən başa düşürəm ki, bu, vətəndaşlarda müəyyən narahatlıq yaradacaq, lakin bu, rejimə güclü xəbərdarlıq siqnalıdır ki, qeyri-zorakı etiraz hərəkatı hər gün daha da güclənəcək!

Ölkədə bəlaların qarşısını almaq və daimi vətəndaş qarşıdurmasının qarşısını almaq istəyiriksə, evdə oturmağa vaxt yoxdur!

Sabah təcili vəziyyəti olan hər kəsdən xahiş edirəm, bu saatlarda yollardan istifadə etməyi planlaşdırmasın!

Rejimi çökənə qədər silkələməliyik!", - deyə müxalifət lideri qeyd edib.

O, həmçinin vətəndaşları mübarizəyə qoşulmağa çağırıb.