Londonda Royal Albert Hall-da hər il keçirilən xatirə festivalı baş tutub.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, silahlı hücum nəticəsində dünyasını dəyişənlərə həsr edilən tədbirin əsas qonaqları kral ailəsinin üzvləri olub. Onlar arasında Keyt Middlton və şahzadə Uilyam, Kamilla Parker Boulz və şahzadə Çarlz da yer alıblar.
Kral ailəsinə Britaniyanın baş naziri Boris Conson da qoşulub. II Yelizaveta isə ilk dəfə festivala qatılmayıb. Buna səbəb isə onun səhhətində problemlərin olması olub. Bildirilib ki, həkimlər ona ictimaiyət içinə çıxmağı bir müddət qadağan ediblər.
Middlton tədbir üçün "Eponine London" brendindən qara libas, "Jimmy Choo"dan isə ayaqqabı seçib. O, tərzini "Alexander McQueen" çantası və kral ailəsinin festivala özəl broşu ilə tamamlayıb.