Buzlağın necə sürətlə əridiyi heyrət doğurur
Avropa Birliyi “Kopernik” Dünya Müşahidə Proqramı çərçivəsində Antarktikada Pine İsland Buzlağının 6 il ərzində necə əridiyini əks etdirən video yayılıb.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, video kosmosdan çəkilib. Buzlağın necə sürətlə əridiyi heyrət doğurur. Buzlağın ərimə prosesi 2015-ci ildən müşahidə altındaymış. Kosmosdan çəkilən görüntülərdə buzlağın 6 il ərzində sürətlə əridiyi görünür. Buzlağın dənizə doğru hərəkəti 1990-2009-cu illər arasında, hər il 2,5 kilometrdən 4 kilometrə qədər sürətlənib. Ərimə sürəti daha sonra 10 il ərzində yüksək olaraq qalıb.