Gürcüstan ölkəyə gələn vətəndaşlarını koronavirus testi öhdəliyindən azad edir

Gürcüstanda koronavirus əleyhinə peyvənd vurduran ölkə vətəndaşlarından quru yolla vətənə gələrkən PCR testi tələb olunmayacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərar bu ilin dekabrın 1-dən etibarən qüvvəyə minəcək.