Avropada qazın qiyməti 1 100 dollara yaxınlaşıb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda min kubmetr üçün təxminən 1 100 ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bunu ICE birjasının məlumatları təsdiq edir.

Niderlandın TTF qovşağında ticarət sessiyasının əvvəlində dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1 097 ABŞ dollarına qədər artıb.

Günün əvvəli ilə müqayisədə Avropada qazın qiymətinin ümumi artımı 3%-dən çoxdur.