Çexiya Prezidenti koronavirusa yoluxub

Çexiyanın 77 yaşlı Prezidenti Miloş Zemanda koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə yerli TV məlumat yayıb.

Məlumata görə, Prezidentin COVID-19 testi müsbət olub. Dövlət başçısı həkimlərin tövsiyəsi ilə Praqadakı hərbi hospitala yerləşdirilib.

Qeyd edilir ki, o, oktyabrın 10-dan noyabrın 25-dək bu xəstəxanada müalicə kursu keçmişdi. Zeman bir neçə gün bundan əvvəl koronavirus əleyhinə üçüncü peyvəndi vurdurub.