İsraildə koronavirusun yeni növünə ilk yoluxma qeydə alınıb

İsraildə Malavidən qayıtmış bir nəfər vətəndaşın koronavirusun B.1.1.529 ştamına yoluxduğu aşkarlanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.
Bununla yanaşı, xaricdən qayıdan daha iki nəfərlə bağlı şübhələr olduğundan onlar testdən keçirilərək cavab gələnədək təcrid olunublar.