Gürcüstanda Afrikadan gələnlər üçün məcburi karantin tətbiq olunacaq


Gürcüstan Afrikada koronavirusun yeni “omikron” ştamının yayılması ilə əlaqədar olaraq 8 ölkənin vətəndaşlarının ölkəyə daxil olması üçün yeni qaydalar tətbiq edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Noyabrın 28-dən qüvvəyə minəcək qərara əsasən, son iki həftə ərzində Cənubi Afrika, Botsvana, Zimbabve, Namibiya, Lesoto, Svazilend, Mozambik və Malaviyə səfər edən və Gürcüstana gələn istənilən şəxs vətəndaşlığından asılı olmayaraq, 14 günlük özünütəcrid rejimində qalacaq. Bu müddət başa çatandan həmin şəxslər PCR test verməli olacaqlar.