Türkiyə xüsusi təyinatlıları Suriyada 4 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 4 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular atəş açaraq “Sülh çeşməsi” əməliyyatı zonasına daxil olmağa cəhd ediblər.